Mahirin komanda yoldaşı 10 milyon avroya satıldı

7 Yanvar 2023 10:00 İngiltərə 753
Mahirin komanda yoldaşı 10 milyon avroya satıldı

"Sauthempton" "Dinamo"(Zaqreb) və Xorvatiya millisinin futbolçusu Mislav Orsiçi transfer edib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı 2025-ci ilə qədər İngiltərə klubuna məxsus olacaq.

Onunla 2,5 illik müqavilə imzalanıb. Bu, Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub.

Transfer üçün “Sauthempton” 10 milyon avro xərcləyib.

31 yaşlı hücumameylli yarımmüdafiəçi indiyə qədər “İnter”(Zapreşiça), “Spetsiya”, “Çelye”, “Riyeka”, “Çelye”, “Çanqçun Yatay”, “Ulsan Hundai” klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR