Ronaldoya "Mançester Yunayted"də qalmağı məsləhət görüb, amma…

5 Yanvar 2023 12:00 İngiltərə 523
Ronaldoya "Mançester Yunayted"də qalmağı məsləhət görüb, amma…

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun agenti Jorje Mendeş oyunçuya "Mançester Yunayted"də qalmağı tövsiyə edib.

Sportinfo.az xəbər verir ki, agent oyunçuya komandanın baş məşqçisi Erik ten Haqiı ona tapşırdığı rolu qəbul etməyi və özünü meydanda göstərməyi məsləhət görüb.

Bildirilib ki, 37 yaşlı futbolçunun şəxsi meneceri və dost Rikardo Rejufei də eyni fikirdə olub.

Rejufei onun “Əl-Nəsr"ə transferi üçün danışıqlar aparıb. Ronaldonun transferinin mümkünlüyü ilə bağlı ən azı bir Avropa klubunun rəhbərinə şəxsən müraciət etdiyi də bildirilir.

Ronaldo dekabrın 30-da “Əl-Nəsr"lə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb. O, noyabrda qalmaqallı müsahibəsindən sonra klubdan ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR