Almaniyalı vingeri transfer etdi - Premyer Liqa klubu

5 Yanvar 2023 00:00 İngiltərə 530
Almaniyalı vingeri transfer etdi - Premyer Liqa klubu

"Brentford" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Frayburq"dan Kevin Şadeni transfer edb.

"Brentford" almaniyalı vingeri mövsümün sonuna kimi icarəyə götürüb. İngilislər 25 milyon avro ödəyərək 21 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Kevin Şade 2019-cu ildən "Frayburq"da çıxış edir. Gənc oyunçu cari mövsümdə Almaniya klubunun heyətində meydana çıxdığı 12 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR