"Mançester Yunayted" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, İngiltərə klubunun əsas transfer hədəfi "Ayntraxt"ın forvardı Randal Kolo Muanidir.
"Qırmızı şeytanlar" Fransa millisinin üvzünü heyətinə qatmaq üçün Frankfurt təmsilçisinə 60 milyon avroluq təklif göndərəcək.
"Ayntraxt" Randal Kolo Muanini mövsümün əvvəlində "Nant"dan transfer edib.
24 yaşlı hücumçu Almaniya klubunun heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

