"Arsenal" Bukayo Saka ilə müqavilə müddətini uzadıb.
SportİNFO.az xəbər verir ki, ingilis müdafiəçinin hazırkı müqaviləsi 2023-cü ilin yayına kimidir.
"Topçular" Saka ilə müqavilə müddətini bir il uzadıb.
Klub ona yeni şərtlərlə 3 illik müqavilə də təklif edib. Saka bu mövsüm Premyer Liqanın 16 oyununda 6 qol vurub və 6 assist edib.

