Paytaxt təmsilçisi fransalı müdafiəçi transfer etdi

2 Yanvar 2023 00:10 İngiltərə 819
Paytaxt təmsilçisi fransalı müdafiəçi transfer etdi

"Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Monako"dan Benua Badyaşili transfer edib.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

21 yaşlı mərkəz müdafiəçisi sabah tibbi müayinədən keçəcək. Fransalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

"Çelsi" bu keçid üçün "knyazlıq" təmsilçisinə 38 milyon avro ödəyəcək.

Benua Badyaşil "Monako"nun yetirməsidir. 21 yaşlı müdafiəçi cari mövsümdə "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 16 matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!