“Real” onu bizə satdığı üçün şadam, fantastik futbolçudur"

1 Yanvar 2023 10:20 İngiltərə 772
“Real” onu bizə satdığı üçün şadam, fantastik futbolçudur"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Kazemironun transferi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, braziliyalı futbolçunun DÇ-2022-dəki çıxışı haqda da danışıb:

“Real” onu bizə satdığı üçün şadam. Onun oyununu DÇ-2022-də də izlədik. Kazemiro fantastik futbolçudur.

Bizim yarımmüdafiəçiyə ehtiyacımız var idi və o, bu boşluğu doldurdu.

Mən “Mançester Yunayted”in adına çox sevincliyəm. Çünki Kazemiro, həqiqətən də, komandanın potensialını daha da artırır”.

30 yaşlı Kazemiro bu mövsüm “Mançester Yunayted”in heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR