“Oyun tərzimizdə düzəltməli olduğumuz çox şey var”

1 Yanvar 2023 10:00 İngiltərə 587
“Oyun tərzimizdə düzəltməli olduğumuz çox şey var”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Premyer Liqanın 18-ci turunun “Lester”lə oyunu (2:1) barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Mersisayd təmsilçisinin oyun tərzi haqda fikir bildirib:

“Düşünürəm ki, bəzi məqamlarda çox pis oynadıq. Üç xal qazanmaq yaxşıdır.

Qəribə səslənsə də, belə çətin matçlarda qazanılan qələbə vacib rol oynayır. Biz bacardıq. İndi bütün fikrimizi “Brentford”la oyuna yönəltməliyik.

Oyun tərzimizdə düzəltməli olduğumuz çox şey var. Bu gün kifayət qədər yaxşı oynamadığımızı bilirik. Daha da inkişaf edəcəyik”.

Bu matçdan sonra “Liverpul” 28 xalla 6-cı, “Lester” isə 17 xalla 13-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR