“Yaş artdıqca məğlubiyyət daha da acı verir”

31 Dekabr 2022 21:40 İngiltərə 555
“Yaş artdıqca məğlubiyyət daha da acı verir”

“Vest Hem”in baş məşqçisi Devid Moyes Premyer Liqanın 18-ci turunun “Brentford”la matçından sonra (0:2) fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, qol epizodlarından istifadə edə bilmədiklərini deyib:

“Düşünürəm ki, yaxşı oynadıq. Çoxlu qol imkanlarımız oldu, ancaq onlardan istifadə edə bilmədik. Futbolçularım əla iş gördülər.

Heç kim uduzmağı sevmir. Yaş artdıqca məğlubiyyət daha da acı verir”.

Premyer Liqada ardıcıl 5 dəfə məğlub olan “Vest Hem” 14 xalla 17-ci pillədədir. London təmsilçisi bu matça qədər “Mançester Yunayted”ə (0:1), “Kristal Pelas”a (1:2), “Lester”ə (0:2) və “Arsenal”a da (3:1) uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR