Premyer Liqa oyununda müdafiəçi iki avtoqol vurdu - VİDEO

31 Dekabr 2022 10:00 İngiltərə 640
Premyer Liqa oyununda müdafiəçi iki avtoqol vurdu - VİDEO

İngiltərə Premyer Liqasında “Lester”- “Liverpul” oyununda üv sahiblərinin müdafiəçisi bir neçə dəqiqə ərzində iki avtoqol vurub.

24 yaşlı belçikalı Vout Fas Premyer Liqanın 18-ci turunun ilk yarısında iki dəfə topu öz qapısına göndərib.

Əvvəlcə Fas 38-ci dəqiqədə hesabı bərabərləşdirib, 45-ci dəqiqədə isə rəqibi hesabda irəli çıxarıb. Beləliklə, "Liverpul" qələbə qazanıb. 2:1.

Fas Premyer Liqa tarixində bir matçda iki avtoqola imza atan dördüncü futbolçudur. Bundan əvvəl Ceymi Karraqer (“Liverpul”, 1999), Maykl Proktor (“Sanderlend”, 2003) və Conatan Uolters (“Stok Siti”, 2013) bu şəkildə avtoqolların müəllifləri olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR