Koreyalı üçün 50 milyon avro ödəməyə hazırdır - "Mançester Yunayted"

31 Dekabr 2022 01:40 İngiltərə 808
Koreyalı üçün 50 milyon avro ödəməyə hazırdır -

"Napoli"nin müdafiəçisi Kim Min-Je Avropa nəhənglərinin diqqət mərkəzindədir.

Sportinfo.az xəbər verir ki, cənubi koreyalı mərkəz müdafiəçisini istəyən klublardan biri "Mançester Yunayted"dir.

"Qırmızı şeytanlar" yayda 26 yaşlı futbolçunun müqaviləsində yer alan 50 milyon avroluq sərbəstqalma məbləğini ödəyərək onu transfer etməyi planlaşdırır.

"Napoli" isə Kim Min-Jeni buraxmaq istəmir. Neapol təmsilçisi Cənubi Koreya millisinin üzvü ilə yeni sözləşmə imzalayaraq onun sərbəstqalma məbləğini artırmaq istəyir.

"Napoli" Kim Min_jeni mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. O, İtaliya klubunun heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR