"Yanvarda transfer etməyəcəyik, mövsümü bu heyətlə tamamlayacağıq"

29 Dekabr 2022 12:00 İngiltərə 667
"Yanvarda transfer etməyəcəyik, mövsümü bu heyətlə tamamlayacağıq"

"Mançester Siti" qış transfer pəncərəsi zamanı heyətinə yeni futbolçu cəlb etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Pep Qvardiola açıqlama verib:

"Yanvar ayında transfer etməyəcəyik. Mövsümü bu heyətlə tamamlayacağıq".

"Mançester Siti" İngiltərə Premyer Liqasında 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Şəhərlilər" lider "Arsenal"dan 8 xal geridədir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!