“Mançester Yunayted”in hücumçusu Markus Reşford Premyer Liqanın 17-ci turunun “Nottingem Forest” matçı (3:0) haqda fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, o, DÇ-2022 barədə də danışıb:
“Futbolda eniş-yoxuşlar olur və siz emosiyalarınızı idarə etməyi öyrənməlisiz. Bəzən çətin olur.
Dünya çempionatını tərk etmək bizi çox sarsıtdı. Lakin biz həmin məğlubiyyətin üzərində çox dayanmadıq.
DÇ-2022-dən qayıdan və yenidən “qırmızı şeytanlar”ın oyun üslubuna diqqətini yönəldən hər kəsin reaksiyasından məmnunam”.
“Mançester Yunayted” 29 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədədir. “Nottingem Forest” isə 13 xalla 19-cu pillədə qərarlaşıb.

