“Uşaq kimi xoşbəxtəm” - Klubunu dəyişən millinin hücumçusu

27 Dekabr 2022 10:20 İngiltərə 530
“Uşaq kimi xoşbəxtəm” - Klubunu dəyişən millinin hücumçusu

Braziliya millisinin hücumçusu Mateus Kunya “Atletiko”dan Premyer Liqa təmsilçisi “Vulverhempton”a keçidini şərh edib.

Sportinfo.az xəbər verir ki, o, xoşbəxt olduğunu deyib:

“Belə böyük klubun bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Özümü Premyer Liqada sınamaqda maraqlıyam. Uşaq kimi xoşbəxtəm.

“Vulverhempton”un baş məşqçisi mənə keçidin nə qədər ciddi olduğunu söylədi və mən bu sözlərə inandım. Mən də komandaya və yeni komanda yoldaşlarına inanıram.

Bəli, indi “Vulverhempton” çətin vəziyyətdədir. Mümkün qədər çox xal toplamaq lazımdır.

Amma futbolçularımızın keyfiyyətini nəzərə alsaq, bunun mümkün olduğuna əminəm. Biz komandanı layiq olduğu yerə qaytaracağıq”.

Braziliyanın əsas millisində 8 oyun keçirən Kunya ölkəsinin U-23 yığması ilə Tokio 2020-nin – Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2021-ci ilin yayından “Atletiko”da forma geyinirdi.

“Sambaçı” bu mövsüm Madrid klubunda 17 matça çıxıb və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR