İspaniya millisinin sabiq vingeri Premyer Liqa klubuna gedir

27 Dekabr 2022 01:30 İngiltərə 766
İspaniya millisinin sabiq vingeri Premyer Liqa klubuna gedir

"Sevilya"dan ayrılan İsko "Vulverhempton"a keçə bilər.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu İngiltərə klubunun rəsmiləri ilə danışıqlar aparır.

"Sevilya"dan ayrıldıqdan sonra azad agent statusuna malik olan 30 yaşlı futbolçuya "Qalatasaray"da maraq göstərir.

Xatırladaq ki, “Vulverhempton” ötən gün “Atletiko”nun sabiq forvardı Mateus Kunya ilə müqavilə imzalayıb.

​İspaniya millisinin sabiq üzvü "Valensiya", "Malaqa", "Real"da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR