"Liverpul"un qış transfer pəncərəsində heyətinə yeni futbolçu qatacağı gözlənilir.
Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Yurgen Klopp danışıb.
O,, klubun yanvarda yeni transfer edə biləcəyinə eyham vurub.
“İki futbolçumuzun ciddi zədəsi var. Keçən qış Luis Diaz bizə qoşuldu. u, mövsümün həmin hissəsində bizə çox kömək etdi. Belə futbolçu yenə transfer edə bilərikmi? Niyə də yox?".
"Liverpul" hazırda Premyer Liqa cədvəlində 6-cı yerdədir. Kloppun yetirmələrinin 14 turdan sonra 22 xalı var.
Daha əvvəl bildirilmişdi ki, komanda gələn il tərkibi gücləndirmək üçün xeyli vəsait xərcləyə bilər. "Liverpul"un əsas hədəfləri arasında yarımmüdafiəçilər Cud Bellinqem və Enzo Fernandez var.

