“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez İngiltərə Liqa Kubokunun 1/8 finalında “Liverpul” üzərində qazanılan qələbəni (3:2) şərh edib.
Sportinfo.az xəbər verir ki, “Sky Sports”a danışan əlcəzairli futbolçu komandasının turnirdəki məqsədlərindən söz açıb:
"Hər zaman qol vurub, komandanın qələbə qazanmasına kömək etmək əladır. Çox yaxşı oynadıq, layiqli qələbə qazandıq.
Hamı yaxşı əhval-ruhiyyə ilə qayıdıb. Fasilədən sonra bu cür rəqiblə başlamaq çətindir. Biz “Çelsi” və “Liverpul”u keçdik.
Necə olacağını görəcəyik. Yavaş-yavaş irəliləyəcəyik, amma indi bütün diqqətimizi Premyer Liqa matçına yönəltmişik".
"Mançester Siti" Liqa kubokunda dünən "Liverpul"a 3:2 qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

