Almaniya millisinin gənc forvardını istəyir - Paytaxt klubu

18 Dekabr 2022 12:20 İngiltərə 1 250
Almaniya millisinin gənc forvardını istəyir - Paytaxt klubu

"Borussiya" (Dortmund) Yussufa Mukoko ilə müqavilə müddətini yeniləmək istəyir.

Sportinfo.az xəbər verir ki, Dortmund təmsilçisi artıq forvardın agenti ilə danışıqlara başlayıb.

Lakin hələ ki, 18 yaşlı futbolçu ilə razılıq əldə edilməyib.

"Çelsi" Almaniya millisinin üzvünü transfer etmək niyyətindədir. Bu yöndə də, danışıqlar başlayıb. Onun qışda Londona yollanmaq ehtimalının olduğu iddia edilir.

Əslən Kamerundan olan Mukoko bu mövsüm 22 matçda meydana çıxıb və 6 qol vurub, 6 assist edib. Forvardın "Borussiya" ilə müqaviləsi 2023-cü il iyunun 30-da baş çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR