Premyer Liqa klubundan 45 milyon avroluq təklif - Mərakeşli üçün

15 Dekabr 2022 22:00 İngiltərə 706
Premyer Liqa klubundan 45 milyon avroluq təklif - Mərakeşli üçün

"Anje"nin və Mərakeş millisinin futbolçusu Azzedin Unai karyerasını İngilərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçini "Lester Siti" transfer etmək istəyir.

Premyer Liqa təmsilçisi gənc futbolçu üçün Fransa klubuna 45 milyon avroluq təklif göndərəcək.

Azzedin Unai ilə "Barselona" da maraqlanır. Kataloniya təmsilçisi Bernardo Sliva və İlkay Gündoğanı transfer edə bilməsə, mərakeşli oyunçunu heyətinə qatmağa çalışacaq.

Unal 2020-ci ilin yayından "Anje"də çıxış edir. O, cari mövsümdə komandanın heyətində 14 rəsmi matçda meydana çıxıb.

Unai Qətərdə keçirilən dünya çempionatında isə Mərakeş millisinin keçirdiyi 5 oyunun hamısına start heyətdə başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR