“Çelsi”nin baş məşqçisi Qrem Potter yarımmüdafiəçi Omari Hatçinson barədə danışıb.
Sportinfo.az xəbər verir ki, London klubunun çalışdırıcısı yamaykalı yarımmüdafiəçinin həmişə çoxlu suallar verdiyini deyib:
“Omari Hatçinson həqiqətən, yaxşı oyunçudur. O, hər zaman çoxlu sual verir. “Çelsi” onun gələcəkdə vacib oyunçu olacağına əmindir”.
19 yaşlı Hatçinson bu mövsüm 15 matça çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

