Erik Ten Haq Mbappeni öz yetirməsinə bənzətdi

13 Dekabr 2022 18:40 İngiltərə 768
Erik Ten Haq Mbappeni öz yetirməsinə bənzətdi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandasının hücumçusu Markus Raşforddan danışıb.

Sportinfo.az xəbər verir ki, ESPN niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb.

"Mançester Yunayted"ə gələn gündən Raşfordun böyük potensialının olduğunu gördüm. İndi həmin o potensialın açılması üçün bacardığını edir.

Raşford sürətli hücumlar zamanı möhtəşəm görünür. Hə, Markusa bənzəyən, Kilian Mbappe adlı bir oğlan da var. Ancaq Markus iti həmlələrdə iştirak edərkən inanılmaz təsir bağışlayır".

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!