33 yaşlı hücumçu daha Premyer Liqa klubuna lazım deyil

12 Dekabr 2022 18:20 İngiltərə 595
33 yaşlı hücumçu daha Premyer Liqa klubuna lazım deyil

“Everton”un hücumçusu Salomon Rondon yanvarda komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı venesuelalı forvard baş məşqçi Frenk Lempardın planlarına daxil deyil.

Onun gənclərdən ibarət komandaya göndəriləcəyi gözlənilir. Forvardın "Everton"la müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Venesuela millisinin hücumçusu “Las Palmas”, “Malaqa”, “Rubin”, “Zenit”, “Vest Bromviç”, “Nyukasl”, “Dalian”da və ÇSKA(Moskva) klublarında oynadıqdan sonra 2021-ci ildə “Everton”a keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR