Premyer Liqa klubu portuqaliyalı forvardla danışıqlar aparır

9 Dekabr 2022 01:30 İngiltərə 660
Premyer Liqa klubu portuqaliyalı forvardla danışıqlar aparır

Portuqaliya millisinin və “Atletiko”nun forvardı Joao Feliks karyerasını “Aston Villa”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçunun agenti Jorje Mendeş mümkün transferlə bağlı danışıqlara başlayıb.

Futbolçu ilə “Mançester Yunayted”, “Çelsi”, “Bayern” və PSJ-nin də maraqlandığı bildirilir.

23 yaşlı hücumçu bu mövsüm “Atletiko”nun heyətində 12 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!