Paytaxt klubu 70 milyon avroluq transfer etdi

9 Dekabr 2022 00:00 İngiltərə 461
Paytaxt klubu 70 milyon avroluq transfer etdi

Fransa millisinin və “Leyptsiq”in futbolçusu Kristofer Nkunkunun yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, “Çelsi” Nkunkunu 70 milyon avroya transfer edib.

Fransa millisinin üzvü “zadəganlar”la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Forvard mövsümün sonunda yeni komandasına qoşulacaq.

Nkunku bu mövsüm “Leyptsiq”in heyətində Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti