DÇ-2022-də 3 oyuna çıxdı, bu kluba transfer olundu – 4,5 illik müqavilə

8 Dekabr 2022 18:20 İngiltərə 851
DÇ-2022-də 3 oyuna çıxdı, bu kluba transfer olundu – 4,5 illik müqavilə

Kanada millisinin üzvü İsmael Kone karyerasını İngiltərədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, “Monreal”ın yarımmüdafiəçisi “Uotford”la anlaşıb.

20 yaşlı kanadalı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. O, 2023-cü il yanvarın 1-dən İngiltərə klubunun formasını geyinəcək.

Kone cari mövsümdə klubunda 32 matç keçirib. Onun hesabında 4 qol və 5 ötürmə var.

Yarımmüdafiəçi Qətərdə təşkil olunan dünya çempionatında Kanada millisi ilə 3 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR