Ronaldonu cəzalandırdılar – Uşağın telefonunu sındırdığı üçün

24 Noyabr 2022 00:20 İngiltərə 524
Ronaldonu cəzalandırdılar – Uşağın telefonunu sındırdığı üçün

İngiltərə Futbol Federasiyası "Mançester Yunayted"in sabiq hücumçusu Kriştiano Ronaldonu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna portuqaliyalı futbolçunun ötən mövsüm İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən birinin telefonunu sındırması səbəb olub.

Ronaldo 50 min funt-sterlinq (təqribən 58 min avro) məbləğində cərimələnib və Premyer Liqada iki oyunluq cəzalanıb.

“Mançester Yunayted”lə müqaviləsinə dünən xitam verilən Ronaldo başqa ingilis klubuna keçərsə, cəza tətbiq olunacaq.

37 yaşlı oyunçu sözügedən görüşdə fanatın əlini itələyən vaxtı telefon yerə düşüb və sınıb. Ronaldo hadisəyə görə üzr istəyib və onu matça dəvət edib. Qarşı tərəf isə bunu qəbul etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi