“Onu meydanda saxlamağın mənası yox idi, narahatlığa ciddi səbəb görmürəm"

23 Noyabr 2022 00:20 İngiltərə 337
“Onu meydanda saxlamağın mənası yox idi, narahatlığa ciddi səbəb görmürəm"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-də İrana qarşı keçirilən oyunda (6:2) zədələnən müdafiəçi Harri Maquayrın durumundan danışıb.

Sportinfo.az xəbər verir ki, millinin aparıcı üzvü qarşıdakı matçlarda meydana çıxa biləcək:

"Harri problemi olduğunu hiss etdi və beşinci qolumuzdan dərhal əvvəl ehtiyat oyunçular skamyasına işarə etdi.

Matçın gedişatını nəzərə alsaq, Maquayrı meydanda saxlamağın mənası da yox idi. Ümumiyyətlə, narahat olmaq üçün ciddi səbəb görmürəm".

Digər Xəbərlər
Xəbər Lenti