“Bunlar şayiədir, mən indi layiq olduğum yerdəyəm"

18 Noyabr 2022 01:40 İngiltərə 568
“Bunlar şayiədir, mən indi layiq olduğum yerdəyəm"

"Lester"in yarımmüdafiəçisi Ceyms Meddison 2022-ci il dünya çempionatı öncəsi İngiltərə millisinin heyətində məşqə çıxıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi milliyə kömək etmək istədiyini bildirib:

"Vest Hem"lə oyuna bir həftə qalmış bir az problem yaşadım. Amma dünya çempionatına görə oyunu buraxmaq istəmirdim.

“Lester”ə kömək etmək niyyətindəydim. Milli komandaya çağırılacağıma ümid edirdim.

Nəzarət edə biləcəyim yeganə məsələ idman formam idi və "Lester"də etdiklərimdir. Xoşbəxtlikdən, kifayət qədər yaxşı formadayam, qalanları isə sadəcə şayiələrdir.

Mən "Lester"də edə biləcəklərim üçün diqqətimi cəmləməyə çalışdım və hər şey nəticə verdi. İndi layiq olduğum yerdəyəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR