Ud, bu qədər pul cibinə daxil olsun - Azərbaycan millisinə böyük mükafat ayrıldı

7 İyun 13:00 Milli komanda 1 994
Ud, bu qədər pul cibinə daxil olsun - Azərbaycan millisinə böyük mükafat ayrıldı

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya ilə üz-üzə gələcək.

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Baltikayanı ölkədə qazanılacaq nəticənin yığmamız üçün əhəmiyyət var. Bir tək FİFA reytinqi sarıdan yox amma.

Əldə olunacaq qələbə futbolçuların hər birini 10 min manat irəli salacaq. Bu, AFFA rəhbərliyi tərəfindən onlara ayrılan mükafatdır.

Federasiya bunu bir məqsədlə edib: komandanı uğursuzluq zolağından çıxmağa ürəkləndirmək.

Çünki milli Santuş vəzifə başına gələndən, yəni son 1 ildə keçirdiyi 8 matçın yeddisində məğlubiyyət acısı dadıb və yalnız 1 dəfə meydandan heç-heçə ilə ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi