"Gözləyək, görək vaxtı gələndə həlledici qərar necə olacaq” - Qardaşı deyir

14 Sentyabr 2021 12:20 İngiltərə 398
"Gözləyək, görək vaxtı gələndə həlledici qərar necə olacaq” - Qardaşı deyir

Pol Poqbanın “Mançester Yunayted”də qalıb-qalmayacağı müzakirə mövzusudur.

Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, Ronaldonun gəlişindən sonra Poqba MY-də qalmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Polun qardaşı Matias Poqba bu barədə danışıb: “Pol hələ də qəti qərar verməyib ki, qalır, yoxsa gedir. Bütün hallarda, qərarı özü verəcək.

Amma onu deyim ki, hazırda özünü MY-də yaxşı hiss edir. Gözləyək, görək vaxtı gələndə həlledici qərar necə olacaq”.

Poqbanın müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti