Poqba “Liverpul”a keçir?

31 İyul 2021 12:20 İngiltərə 994
Poqba “Liverpul”a keçir?

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın meneceri Mino Rayola müştərisini İngiltərədən bir kluba təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Rayola Poqbanı “Liverpul”a təklif edib. Mersisayd təmsilçisinin Poqbanın keçidinə müsbət yanaşmadığı bildirilir.

Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. 28 yaşlı yarımmüdafiəçinin adı Fransanın PSJ klubu ilə də hallanır.

Digər Xəbərlər
Xəbər Lenti