“Düzünü deyim ki, yeni müqavilə təklifi alarkən düşünmədim”

23 İyul 21:40 İngiltərə 251
“Düzünü deyim ki, yeni müqavilə təklifi alarkən düşünmədim”

Son Xın Min “Tottenhem”lə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, onunla 2025-ci ilin yayına qədər müqavilə bağlanıb.

Cənubi koreyalı hücumçu müqaviləyə imza atdıqdan sonra fikirlərini bildirib:

“Burda artıq 6 il oynamaq özü böyük şərəfdir. Klub mənə böyük hörmət göstərib. Özümü burda çox xoşbəxt hiss edirəm.

Düzünü deyim ki, yeni müqavilə təklifi alarkən düşünmədim. Bu, sadə qərar idi. Burada xoşbəxtəm və sevinirəm ki, tezliklə fanatlarla görüşəcəm”.

Xəbər Lenti