17 milyonluq transfer uzunmüddətli müqaviləyə imza atdı

21 İyul 2021 10:00 İngiltərə 550
17 milyonluq transfer uzunmüddətli müqaviləyə imza atdı

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi Belçika “Anderlext”inin yarımmüdafiəçisi Albert Sambi Lokonqanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı futbolçu yeni klubu ilə uzunmüddətli müqaviləyə imza atıb.

Amma “topçular” müqavilənin müddətini və digər detallarını açıqlamayıb. Yarımmüdafiəçi yeni komandasında “23” nömrəli formanı geyinəcək.

İngiltərə mətbuatının iddiasına görə, “Arsenal” bu keçidə görə “Anderlext”ə 17.2 milyon funt-sterlinq ödəyəcək.

Lokonqa “Anderlext”in öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM