Paytaxt klubundan daha iki transfer: Biri müdafiəçi, biri yarımmüdafiəçi

18 İyul 10:00 İngiltərə 435
Paytaxt klubundan daha iki transfer: Biri müdafiəçi, biri yarımmüdafiəçi

"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, "topçular" "Brayton"un müdafiəçisi Ben Uaytın transferini 58,3 milyon avroya tamamlayıb.

İngiltərə millisinin üzvü olan 23 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik razılıq əldə olunub.

London təmsilçisinin növbəti transferi isə Belçika "Anderlext"indən olacaq. Paytaxt təmsilçisi 21 yaşlı belçikalı yarımmüdafiəçi Albert Lokonqanın keçidini bitirib. Yeni transferlər tezliklə açıqlanacaq.

"Arsenal" bundan öncə "Benfika"nın sol cinah müdafiəçisi Nunu Tavareşi 8 milyon avroya transfer etmişdi.

Xəbər Lenti
27 Sentyabr 17:00 “Sumqayıt”(d)a nə olub?