40 yaşında karyerasını bərpa etdi – Paytaxt klubunun sabiq futbolçusu

15 Aprel 2021 10:00 İngiltərə 1 520
40 yaşında karyerasını bərpa etdi – Paytaxt klubunun sabiq futbolçusu

İngiltərə milli komandasının və “Çelsi”nin sabiq futbolçusu Co Koul karyerasını bərpa edib.

Sportinffo.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi “instagram” hesabında məlumat yayıb.

Koul 11-ci divizion təmsilçisi “Belston” klubuna keçib.

Yarımmüdafiəçi yeni komandasında ilk oyununa da çıxıb. O, “Belston”un “Herfild Yunayted”i 2:1 hesabıyla məğlub etdiyi matçda iştirak edib.

Co Koul İngiltərədə “Çelsi”, “Liverpul”, “Vest Hem”, “Aston Villa” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi İngiltərə yığmasında 56 oyunda 10 qol vurub.

2018-ci ildə futbolçu karyerasını bitirdiyini açıqlayan Koul, “Çelsi”nin gənclərdən ibarət komandasında məşqçilik edir.

Digər Xəbərlər
Xəbər Lenti