"Mançester Yunayted"li futbolçu Ronaldoya çatdı

9 Aprel 2021 10:20 İngiltərə 424
"Mançester Yunayted"li futbolçu Ronaldoya çatdı

“Mançester Yunayted”in futbolçusu Markus Reşford komandanın sabiq futbolçusu Kriştiano Ronaldoya məxsus rekordu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, gənc hücumçu Avropa Liqasının 1/4 final mərhələsində “Qranada” ilə görüşdə (2:0) fərqlənərək bu mövsüm avrokuboklarda vurduğu qol sayını 8-ə çatdırıb. Markus qollarından 6-na Çempionlar Liqası, 2-nə Avropa Liqasında imza atıb.

Bununla da Reşford klub tarixinin rekordunu təkrarlayıb. Buna qədər komandanın heyətində avrokuboklarda mövsüm ərzində ən çox qol vuran futbolçu Ronaldo idi. O, 2007/08 mövsümündə bütün qollarını Çempionlar Liqasında vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!