“Liverpul” türk qapıçı üçün İspaniyaya skaut göndərdi

29 Mart 2021 18:20 İngiltərə 1 515
“Liverpul” türk qapıçı üçün İspaniyaya skaut göndərdi

“Liverpul”un skautları DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Norveç – Türkiyə matçını (0:3) stadiondan izləyiblər.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisinin nümayəndələri İspaniyada baş tutan qarşılaşmada Türkiyə yığmasının qapıçısı Uğurcan Çakırı izləyiblər.

“Liverpul” növbəti mövsümdə heyətini yeni qapıçı ilə gücləndirmək istəyir və ən böyük namizədlərdən biri Uğurcandır. Premyer Liqa klubu 24 yaşlı futbolçu ilə bağlı qərarını yaxın zamanda verəcək.

Türkiyənin “Trabzonspor” klubunda çıxış edən Uğurcanın “transfermarkt”da dəyəri 16 milyon avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti