Müqavilə ilə “Real”a məxsus olan, hazırda icarə əsasında “Tottenhem”də çıxış edən Qaret Beyl gələcəyiylə bağlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, BBC-yə danışan uelsli futbolçu “Real”a qayıtmaq istədiyini deyib:
“Tottenhem”ə qayıtmağımın əsas səbəbi oyun praktikamı artırmaq idi. AÇ-2020-dən əvvəl daha çox oynamağa ehtiyacım var idi. “Real”la bir illik müqaviləm var. Hədəfim Madridə qayıtmaqdır”.
Beylin “Tottenhem”lə icarə müqaviləsi mövsümün sonuna qədərdir.

