“Dünyanın ən güclü komandasına uduzduq” – Ançelotti

21 Mart 2021 15:40 İngiltərə 659
“Dünyanın ən güclü komandasına uduzduq” – Ançelotti

“Everton”un baş məşqçisi Karlo Ançelotti İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsində “Mançester Siti”yə məğlub olduqları görüşü şərh edib.

Sportinfo.az xəbər verir ki, Ançelotti, 0:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Yaxşı oynadıq və bacardığımız hər şeyi etdik. 80 dəqiqə oyuna nəzarət edə bildik, buna görə xoşbəxtəm.

Dünyanın ən güclü komandasına uduzduq. Rəqiblərimizə narahatlıq yarada bilirik. Bizim üçün yaxşı təcrübə oldu, təəssüflənmirik”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!