"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının oyunundan danışıb.
Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İngiltərə kubokunun 1/4 finalında "Everton"a qalib gəldikləri matçdan (2:0) sonra açıqlamasında "şəhərlilər"in çıxışının onu heyrətləndirdiyini deyib:
"Komandanın oyunundan çox razıyam. Son 39 matçın 34-də qalib gəlmişik. 2-də heç-heçə etmişik. 3-də isə məğlub olmuşuq. Bu, inanılmz bir çıxışdır".
"Mançester Siti" "Everton"səddini aşaraq, yarımfinala yüksəlib. Komanda Premyer Liqada isə 71 xalla vahid liderdir.

