Premyer Liqa klubu üçün yeni titul sponsoru – RƏSMİ

21 Mart 2021 10:00 İngiltərə 1 161
Premyer Liqa klubu üçün yeni titul sponsoru – RƏSMİ

“Mançester Yunayted”in yeni titul sponsoru məlum olub.

Sportinfo.az xəbər verir ki, bu, “TeamViewer” şirkətidir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb. “Mançester Yunayted” bu əməkdaşlıqdan təxminən 326 milyon avro qazanacaq.

Növbəti mövsümündən “Mançester Yunayted” klubunun formalarında “TeamViewer”un loqosu yerləşdiriləcək.

İngiltərə klubunun bundan əvvəlki titul sponsoru “Chevrolet” şirkəti idi. Avtomobil şirkəti ilə müqavilədən “qırmızı şeytanlar” illik təxminən 87 milyon avro qazanırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti