İngiltərə klubu millimizin hücumçusu ilə bağlı paylaşım etdi - FOTO

18 Mart 2021 22:40 İngiltərə 998
İngiltərə klubu millimizin hücumçusu ilə bağlı paylaşım etdi - FOTO

Azərbaycan millisinin və "Vulherhempton"un futbolçusu Renat Dadaşov ağır zədədən sonra kollektiv məşqlərə başlayıb.

Sportinfo.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, ötən ilin sentyabrında axill vətəri qırılan və bu səbəbdən əməliyyat olunan 22 yaşlı hücumçu U-23 komandası ilə hazırlıqda iştirak edib.

Gənc forvardın məşqdən fotosunu paylaşan Premyer Liqa təmsilçisinin sosilal şəbəkə hesabı üzərində bu sözləri qeyd edib: "Renat Dadaşovun zədədən sonra necə bərpa olunduğunu görmək xoşdur".

Dadaşovun "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi var.

İngiltərə klubundan millimizin hücumçusu ilə bağlı paylaşım

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti