"Onlar mənim komandanı çalışdırmağımı istəmir"

11 Mart 2021 15:20 İngiltərə 728
"Onlar mənim komandanı çalışdırmağımı istəmir"

“Liverpul” azarkeşləri komandanı çalışdırmağımı istəmirlər. Onlar Yurgen Kloppun qalmasını istəyirlər. Mən də tam olaraq onları dəstəkləyirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Reyncers”in baş məşqçisi Stiven Cerrard “Liverpoll Echo”ya açıqlamasında deyib.

“Liverpul”un əfsanəvi futbolçularından olan 40 yaşlı məşqçi keçmiş komandasında Yurgen Kloppu əvəzləyəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib. O, hazırda belə bir fikirdə olmadığını bildirib:

“Biz bu haqda danışmalı deyilik. Çünki hazırda “Liverpul”u dünyanın ən yaxşı məşqçilərindən biri çalışdırır. Mən Kloppu sevirəm və ümid edirəm ki, daha bir neçə il komandada qalacaq.

Bir gün “Liverpul”un baş məşqçisi olmağı arzulayırammı? Bəli, bu, mənim arzumdur. Ancaq indi deyil.

Bilmək olmaz “Liverpul”da necə çalışacağam və klub rəhbərliyi məni seçəcəkmi? Dünyada məşqçi çoxdur. İlk növbədə gəlin, Kloppu dəstəkləyək”.

1998-2015-ci illərdə “Liverpul”da çıxış edən Cerrard 2018-ci ildən “Reyncers”i çalışdırır . Onun komandası bir neçə gün əvvəl Şotlandiya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti