"Liverpul" ardıcıl 6-cı dəfə evdə "Fulhem"ə uduzdu - VİDEO

8 Mart 2021 10:20 İngiltərə 417
"Liverpul" ardıcıl 6-cı dəfə evdə "Fulhem"ə uduzdu - VİDEO

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Fulhem" səfərdə "Liverpul"a 1:0 hesabı ilə qalib gəlib.

“Liverpul” İngiltərə Premyer Liqasının tarixində (1992-ci ildən) ilk dəfə doğma meydanda altı matçda məğlub olub.

Sonuncu dəfə klub öz evində 1953-54-cü il mövsümündə altı dəfə uduzmuşdu. O vaxt “Liverpul” yüksək divizyonu çempionatın nəticələrinə əsasən tərk etmişdi.

Premyer Liqada turnir cədvəlinə 65 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 43 xalla 8-ci, "Fulhem" 26 xalla 18-ci sıradadır.

"Liverpul" - "FuUlhem" - 0:1

Qol: Mario Lemina, 45

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı