“Burada qərarları mən verirəm!” - SON SÖZÜNÜ DEDİ

5 Mart 2021 22:00 İngiltərə 1 121
“Burada qərarları mən verirəm!”  - SON SÖZÜNÜ DEDİ

“Liverpul”un baş məşqçisi Yurgen Klopp haqqında səsləndirilən tənqidlərə cavab verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssisin komandası dünən Premyer Liqanın 27-ci turunda evdə “Çelsi”yə uduzub (0:1).

Bu, “Liverpul”un tarixində ilk dəfə ardıcıl beşinci ev məğlubiyyəti olub. Hazırda mersisaydlılar 43 xalla 7-ci yerdə qərarlaşıb.

62-ci dəqiqədə Kloppun Məhəmməd Salahı əvəzləyərək meydana Aleks Oksleyd-Çemberleni daxil etməsi bəzi ingilis jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin tənqidi ilə qarşılanıb.

Klopp keçirdiyi mətbuat konfransında bununla bağlı suala cavab olaraq deyib: “Mən doğru olduğunu düşündüyüm addımlar atıram. Mane və ya Firminonu da əvəz edə bilərdim. Salah yorğun görünürdü, ona görə əvəzlədim. Bir də burada qərarları mən verirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti