“Komandamdakı futbolçunu tərifləmək məcburiyyətində qalanda xəcalət çəkirəm"

28 Fevral 2021 22:00 İngiltərə 607
“Komandamdakı futbolçunu tərifləmək məcburiyyətində qalanda xəcalət çəkirəm"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah haqda danışıb:

“Komandamdakı futbolçunu tərifləmək məcburiyyətində qaldığım zaman xəcalət çəkirəm. Ancaq Salahla bağlı statistika hər şeyi deyir.

O, futbolçu olaraq yaxşı böyüyüb. Salah bizim üçün vacib futbolçudur və ümid edirəm ki, uzun müddət bizimlə qalacaq”.

Salah bu mövsüm “Liverpul”la 35 oyunda 24 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti