"Bu mövsüm Premyer Liqanın qalibini proqnozlaşdırmaq hələ tezdir"

17 Yanvar 2021 00:28 İngiltərə 426
"Bu mövsüm Premyer Liqanın qalibini proqnozlaşdırmaq hələ tezdir"

"Liverpul"un hücumçusu Məhəmməd Salah matçın bütün dəqiqələrində meydanda olmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə misirli oyunçu goal.com-a açıqlamasında deyib:

"Hər dəqiqə və hər matçda oynamaq istəyirəm. 90 dəqiqə yox, 95 dəqiqə meydanda olmaq istəyirəm. Ancaq məşqçinin qərarına hörmətlə yanaşıram.

Koronavirus səbəbindən vəziyyət indi dəyişib və azarkeş azlığı səbəbindən hər komandanın bərabər qalib gəlmək şansı var.

Bu mövsüm Premyer Liqanın qalibini proqnozlaşdırmaq hələ tezdir. Hamı bir-biri ilə yaxın xal toplayıb, amma ümid edirən ki, yenə biz qalib olacaq".

Digər Xəbərlər
Xəbər Lenti