Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu seçildi - Bunu 3-cü dəfə bacardı

15 Sentyabr 2024 10:40 İngiltərə 1 030
Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu seçildi - Bunu 3-cü dəfə bacardı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumatı yayıb.

24 yaşlı norveçli avqust ayında İngiltərə çempionatının 3 oyununda 7 qol vurub.

Haaland karyerasında üçüncü dəfədir bu mükafata layiq görülür. Bundan əvvəl o, 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 18:10 Çək və bizə göndər!
25 Dekabr 03:30 Onu da güllələdilər