Qadınların yumruq davasına məşqçilər də qoşuldu - VİDEO

22 Noyabr 2020 21:00 Həndbol 758
Qadınların yumruq davasına məşqçilər də qoşuldu - VİDEO

Qadın həndbolçular arasında Ukrayna Super Liqasının "Dnepryanka" - "Real" oyunu kütləvi dava üzündən bir neçə dəqiqəlik dayandırılıb.

Sportinfo.az xəbər verir ki, hesab 27:24 "Dnepryanka"nın xeyrinə olduğu vaxt komandalardan birinin qapısı qarşısında sərt toqquşma olub.

Bundan sonra həndbolçular arasında yumruq davası başlayıb. Münaqişəyə matçın digər iştirakçıları - məşqçilər və onların köməkçiləri də qoşulub.

Görüş "Dnepryanka"nın qələbəsi ilə yekunlaşıb - 30:28.

2020/2021 mövsümündə "Dnepryanka" 8 görüşdən 4 qələbə, 4 məğlubiyyətlə turnir cədvəlində 2-ci pillədə yer alıb. "Real" isə 6 oyundan 3 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və bir pillə aşağıda qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu