Əsgərov Türkiyə - Norveç oyununa təyinat aldı

13 May 04:00 Həndbol 685
Əsgərov Türkiyə - Norveç oyununa təyinat aldı

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AHF-dən məlumat verilib.

Təcrübəli mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.

Türkiyə - Norveç oyunu mayın 16-da, Ankaranın "THF İdman Kompleksi"ndə keçiriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...